Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan məzuniyyətini pozub, Londona gedir - Səbəb

Paşinyan məzuniyyətini pozub, Londona gedir - Səbəb

Tarix: 15 Iyul 2024 21:46

Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 18-də Londonda keçiriləcək Avropa Siyasi Birliyinin (EPC) dördüncü sammitində iştirak edəcək.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin başçısının mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.

"Baş nazir Nikol Paşinyan iyulun 15-dən avqustun 12-dək məzuniyyətdə olacaq. Avropa Siyasi Birliyinin bu həftə Londonda keçirilməsi planlaşdırılan dördüncü sammiti ilə əlaqədar olaraq məzuniyyət pozulacaq", - Baqdasaryan bildirib.

Onun sözlərinə görə, Paşinyan məzuniyyətinin böyük hissəsini Ermənistanda keçirəcək.

Milli.Az


Etiketlər:  Paşinyan məzuniyyətini pozub Londona gedir Səbəb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ