Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Planetin ən uzunömürlü heyvanı odur - FOTO

Planetin ən uzunömürlü heyvanı odur - FOTO

Tarix: 16 Iyul 2024 01:02

Qrenlandiya köpəkbalığı uzunömürlülüyü ilə alimlərin diqqətini cəlb edib.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, təxminən 70 il orta ömür sürən bu köpəkbalıqları 500 ilə qədər yaşaya bilər ki, bu da onları planetin ən uzunömürlü onurğalıları edir.

Şimali Atlantikanın buzlu sularında aşkarlanan bu nəhəng köpəkbalıqları yavaş metabolizmi və aşağı temperaturlara uyğunlaşması ilə seçilir.

Onların uzunluğu 7 metr, çəkisi isə 1 tondan çox ola bilər. Ümumiyyətlə, dərin dənizlərdə yaşayan bu köpək balıqlarına Kanada, İslandiya, Norveç, Şimali Buzlu okeanı və Qrenlandiyada tez-tez rast gəlmək mümkündür. Növün nəsli kəsilmək təhlükəsi hələ olmasa da, ovçuların hədəfindədir. Onlar yağına və ətinə görə öldürülürlər. Onun əti qurudulmadan yeyildikdə isə zəhərlidir.

Milli.Az


Etiketlər:  Planetin uzunömürlü heyvanı odur FOTO


RƏYLƏR