Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2024 19:38
"Rusiyada "Crocus City Hall"da terror aktı beynəlxalq qrup tərəfindən təşkil edilib".
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Rusiya Federal Maliyyə Monitorinq Xidmətinin ("Rosfinmonitorinq") rəhbəri Yuriy Çixançin Federasiya Şurasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, həmin dəstədə Mərkəzi Asiya və Avropa ölkələrinin nümayəndələri, eləcə də çox sayda rusiyalı yer alıb.
Çixançin hazırda terror aktı ilə bağlı istintaqın davam etdiyini xatırladıb.
Xatırladaq ki, martın 22-si axşam saatlarında "Crocus City Hall" binasında terror aktı törədilib. Hadisə nəticəsində 144 nəfər həlak olub, 551 nəfər yaralanıb. Hadisə ilə bağlı 10-dan çox şəxs həbs edilib.