Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2024 09:10
Əməkdar artist Könül Kərimova ailə qurmaqla bağlı dediklərini tənqid edənlərə cavab verib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, müğənni "Yanlış bir evlilik ömürboyu uduzmaq deməkdir. Evlilik çox önəmlidir" sözləri ilə gündəmə gəlib. İfaçı bu fikirlərinə şərh yazanlara instaqram səhifəsində reaksiya verib:
"Həyatda xoşbəxt olmaq, sağlam, gözəl ömür sürmək evlilikdən ibarət deyil. Xoşbəxt olmaq üçün çox dəyərlər var. Ancaq hansı halda olursa olsun səhv addım atdınsa, ömürboyu bu səhvin əziyyətini çəkəcəksən. Bunu demək istəyirəm".