Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
 
        
        
Tarix: 17 Iyul 2024 19:25
Əməkdar artist İlkin Əhmədov səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sonxeber.net olay-a istinadən bildirir ki, bu barədə o, instaqramda paylaşım edib.
"Tiktok-da və digər saytlarda səhhətimlə bağlı yazılan xəbərlərdən narahat olmamağınızı rica edirəm. Bu hadisə çox uzun illər öncə baş verib, fəsadsız ötüşmüşdü. Verilişlərin birində söz düşdü, mənim səhvim isə o hadisəni xatırlayaraq əzizlərimin narahatlığına səbəb olmağım oldu".
 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    