Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2024 07:56
"Etdiyimiz hər şey, indi uzaq görünsə də, silahlara nəzarət məsələlərinin dünyanın böyük dövlətləri tərəfindən müzakirə edildiyi və bir-birimizlə razılaşaraq silahlanma yarışından çıxacağımız ana gətirib çıxarmalıdır".
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu fikri Almaniya kansleri Olaf Şolts "ARD TV"yə müsahibəsində deyib
Kansler, Rusiyanın bütün tərksilah müqavilələrindən çıxdığını və Almaniyanın buna cavab verməli olduğunu söyləyib: "Buna görə də o qədər güclü olmalıyıq ki, heç kim bizə hücum etməsin".
İyulun 10-da ABŞ və Almaniyanın birgə bəyanatında deyilir ki, Vaşinqton 2026-cı ildə Almaniya ərazisində hazırda Avropada yerləşdirilənlərdən daha uzun mənzilli yeni atəş silahları yerləşdirməyə başlayacaq.