Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2024 09:00
Yayda istilər səbəbindən qida zəhərlənməsi riski artır.
Rusiyalı qastroenteroloq Oksana Yanova zəhərlənmədən sonra orqanizmi bərpa etməyin yollarından danışıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Oksana Yanova qeyd edib ki, ilk növbədə çox miqdarda su içmək lazımdır, çünki bu, zəhərlənmə zamanı bədəndə yaranan susuzlaşmanın qarşısını almağa və toksinlərin kənarlaşdırılmasına kömək edir. Qastroenteroloqun sözlərinə görə, su kiçik qurtumlarla içilməlidir ki, qusmağa səbəb olmasın.
Zəhərlənmədən sonra bərpa zamanı bədəni ağır qidalarla yükləmək olmaz. Asan həzm olunan qidalardan ibarət menyu hazırlamaq məsləhətdir ki, məsələn, düyü, banan, tostlar, toyuq bulyonu kimi qidalardan istifadə etmək olar. Həmçinin bağırsaq mikroflorasını bərpa edən probiyotiklər də bu məsələdə xeyirli ola bilər. Probiyotiklər, məsələn, müəyyən yoqurtların və ya xüsusi əlavələrin tərkibində olur.
"İstirahət edin, bədəninizə bərpa olunmaq imkanı verin. Yuxu və istirahət immunitet sisteminə infeksiya ilə mübarizə aparmağa kömək edir. Əgər simptomlar 48 saat ərzində keçmirsə və ya daha da pisləşirsə, o zaman mütləq mütəxəssisə müraciət edin", - deyə həkim vurğulayıb.