Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

III Çarlz nadir keçi cinsinə kral titulu verdi - FOTO

III Çarlz nadir keçi cinsinə kral titulu verdi - FOTO

Tarix: 18 Iyul 2024 13:44

Britaniya kralı III Çarlz Normand adalarına tarixi səfəri zamanı bir vaxtlar nasistlərdən gizlədilən nadir keçi cinsinə kral titulu verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Qernsi adasına gələn əlahəzrət nadir heyvan cinsinin Kral Qızıl Qernsi keçisi adlandırılacağına dair fərman imzalayıb.

Qeyri-adi mərasim zamanı Çarlz 9 yaşlı məktəbli Co Martinin köməyilə keçinin boynuna tunc zəng taxıb.

Qeyd edək ki, qızılı dərisi və qəhvəyi qabığı ilə seçilən südçü cins 200 illik unikal tarixə malikdir.

Milli.Az


Etiketlər:  Çarlz nadir keçi cinsinə kral titulu verdi FOTO


RƏYLƏR