Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alla Puqaçovanın keçmiş xadiməsi: ''Onu bıçaqsız kəsirlər''

Alla Puqaçovanın keçmiş xadiməsi: ''Onu bıçaqsız kəsirlər''

Tarix: 18 Iyul 2024 22:15

Müğənni Alla Puqaçovanın keçmiş xadiməsi Lyudmila Dorondova məşhur estrada ulduzunun vəziyyətindən danışıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, qadının dediyinə görə, sənətçi ilə bağlı mediada yayılan xəbərlər Allanı çox incidir. L.Dorondova müğənninin ürəyində və ayaqlarında problem olduğunu bildirib.

"Oxuyuram, yazırlar ki, bükülmüş halda Yurmalada Qariklə gəzir. Birincisi, "bükülmüş halda" yox! İkincisi, bu havada elə əyilərsən ki, heç düzəlməzsən!", - xadimə deyib.

"Onu bıçaqsız kəsirlər. Hamı onun əsgər kimi olmasını istəyir. Bilmirəm, onun əsəbləri hələ də buna necə dözür!" - Dorondova yekunlaşdırdıb.

Qeyd edək ki, sovet dövrünün ən çox sevilən və ən məşhur müğənnisi olan Alla Puqaçova Ukraynaya qarşı başladılmış müharibəni dəstəkləmədiyi üçün Rusiyada "vətən xaini" durumuna düşüb, ona və ailəsinə qarşı təqib-təzyiq kampaniyası aparılır.

Milli.Az


Etiketlər:  Alla Puqaçovanın keçmiş xadiməsi bıçaqsız kəsirlər


RƏYLƏR