Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ'' - ''Linkoln'' matçının biletləri nə vaxtdan satışa çıxarılacaq?

''Qarabağ'' - ''Linkoln'' matçının biletləri nə vaxtdan satışa çıxarılacaq?

Tarix: 18 Iyul 2024 22:28

UEFA Çempionlar Liqasının II təsnifat mərəhləsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Linkoln" (Cəbəllütariq) oyununun biletləri sabah saat 11:00-dan etibarən satışa çıxarılacaq.

Klubdan Milli.Az-a verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.

Azarkeşlər qarşılaşma üçün biletləri iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış), Park Bulvardakı "Qarabağ" FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, "Linkoln" - "Qarabağ" oyunu iyulun 23-də Cəbəllütariqdəki "Europa Point Stadium"da baş tutacaq. Qaşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

Milli.Az


Etiketlər:  Qarabağ Linkoln matçının biletləri vaxtdan satışa çıxarılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ