Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakının Baş Planının layihəsi gələn ilin sonunda hökumətə təqdim olunacaq

Bakının Baş Planının layihəsi gələn ilin sonunda hökumətə təqdim olunacaq

Tarix: 27 Noyabr 2019 16:20

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakının Baş Planının hazırlanması prosesi 2020-ci ilin sonuna qədər davam edəcək. Razılaşdırılmış layihə gələn ilin sonunda təsdiq edilmək üçün hökumətə təqdim olunacaq.

Trend-in məlumatına görə, bunu Bakı şəhərinin Baş Planı üzrə yanaşmaların müzakirəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini Anar Quliyev deyib.

Onun sözlərinə görə, Bakının Baş Planın hazırlanması ilə bağlı 4 əsas prioritet qəbul olundu. Əsas istiqamətlərdən biri çoxmərkəzli şəhərin olması yanaşmasıdır. Bunun da məqsədi Bakının mərkəzinə olan yükü azaltmaqdır: "Bu gün tarixi mərkəzlə yanaşı, ənənəvi mərkəz də var. Yanaşmalar əlavə və alt mərkəzlərin yaradılmasını nəzərdə tutur".

A.Quliyev bildirib ki, bu gün Bakının bir tarixi mərkəzi mövcuddur. Əsas priotitet istiqamətlərdən biri Bakını tarixi irsi nəzərə almaqla inkişaf etdirməkdir.

Komitə sədrinin müavini əlavə edib ki, Bakının Baş Planın hazırlanması ilə bağlı digər yanaşma nəqliyyat infrastrukturu ilə bağlıdır:"Metro gündəlik həyatımızda çox əhəmiyyətlidir. Səmərəli iş nəticəsində irəli sürülən təkliflər əsasında stansiyaların sayı, onların açılma ardıcıllığında prioritetləşdirmə apardıq. Bakı Metropolitenin, Bakı şəhərinin inkişafı ilə bağlı daha səmərəli nəticə əldə etdik".
A.Quliyev deyib ki, əsas priotitetlərdən biri dayanıqlı inkişafı təmin etmək üçün Bakıda bir qədər çirklənmiş ərazilərin sağlamlaşdırılmasıdır.

Digər bir istiqamət isə Bakının yeni sənaye sahələrinin müəyyənləşdirilməsi, onların inkişafı üçün şəraitin yaradılmasının təmin edilməsidir.


Etiketlər:  Bakının Baş Planının layihəsi gələn ilin sonunda hökumətə təqdim olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ