Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2024 13:12
Şampunun tərkibindəki maddələrin bədən dərisindəki məsamələri bağlamaması üçün əvvəlcə saçınızı, sonra bədəninizi yumalısınız.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə "Health"a ekspertlər məlumat veriblər.
Dermatoloqlar duşda ilk növbədə saçınızı yumağı məsləhət görürlər. Məsələ burasındadır ki, bir çox şampun və kondisionerlərin tərkibində saçları qidalandıran, lakin bədəndə sızanaq və follikulit yarada bilən maddələr var.
"Zərurət olmadıqca hər gün başı, kürəyi, döş qəfəsini, mədə, bud və çiyinləri yumaq lazım deyil. Ancaq hər gün qasıq və qoltuqları yumaq lazımdır. Çünki bu bölgələrdə tər və qoxu istehsalından məsul olan apokrin vəziləri var", - deyə dermatoloqlar bildiriblər.
Onların sözlərinə görə, göbələk infeksiyası riskini azaltmaq üçün hər dəfə duş qəbul edərkən ayaqları, o cümlədən barmaqların arasını sabunla yumaq lazımdır.
"Çox tərləyəndə, üzdükdən və ya idmandan sonra mütləq duş qəbul etməlisiniz. Digər hallarda gündəlik duşa ehtiyac yoxdur.
Ekzeması və ya dərisi quru olan insanlar üçün həftədə üç-dörd dəfə duş qəbul etmək kifayətdir", - deyə ekspertlər vurğulayıblar.