Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2024 11:16
"MotoTanya" təxəllüsü ilə tanınan rusiyalı bloqer Tatyana Ozolina Türkiyədə faciəli şəkildə həlak olub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat verib.
Hadisə Muğla vilayətinin Milas şəhərində baş verib. Bloqerin yüksək sürətlə idarə etdiyi motosiklet digər motosikletlə toqquşub.
Tatyana Ozolina hadisə yerindəcə ölüb.
Məlumat üçün əlavə edək ki, Tatyana Ozolina Rusiyada ən məşhur olan motobloqlarından birinin müəllifidir. Onun "TikTok"da beş milyon, "YouTube"da isə iki milyon abunəçisi var.