Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2024 15:18
Rusiyanın Kurumoç hava limanında gömrükçülər Azərbaycandan "Tiffany" sırğaları ilə gələn sərnişini saxlayıblar.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, həmin şəxs "yaşıl" dəhlizdən keçərkən saxlanılıb. Gömrük əməkdaşları onun baqajına əlavə yoxlama keçirib və 1,5 milyon rubl dəyərində olan (təxminən 28 min 950 manat) bəyan edilməmiş "Tiffany & Co." sırğaları aşkar ediblər. Bundan əlavə, turistin əlində orijinallıq sertifikatları və zinət əşyaları üçün qəbz də olub.
Qaçaqmalçılığa görə adamı 7 ilə qədər həbs və 1 milyon rubla (təxminən 19 min 200 manat) qədər cərimə gözləyir.