Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nikah yaşının bir il azaldılması icazəsi ləğv edildi

Nikah yaşının bir il azaldılması icazəsi ləğv edildi

Tarix: 23 Iyul 2024 16:24

Azərbaycanda nikah yaşı üzrlü səbəblərdən də 1 il azaldılmayacaq.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev Ailə Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.

Belə ki, əvvəlki qanunvericiliyə əsasən, üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilərdi. Yeni dəyişikliklə qanunun bu müddəası ləğv edilib.


Etiketlər:  Nikah yaşının azaldılması icazəsi ləğv edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ