Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyul 2024 10:50
"19 il əvvəl toyum idi. Rühəngiz Allahverdiyeva zəng vurdum ki, toyumu siz idarə edin. Başqa müğənnilər də gəlirdi, amma idarəçilik onda idi".
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Zaur Kamal verilişində deyib. O, evlənəndə xanımına gəlinlik geyimini almağa imkanı olmadığını, Əməkdar artist Rühəngiz Allahverdiyevanın ona yardım etdiyini deyib:
"Təzə işləyirdim, az qazanırdım. Gəlin paltarına pul çatdıra bilmirdim. Rühəngiz xanıma dedim. O da bir gəlinlik evinə zəng vurdu ki, oğlan gələcək ondan pul alma. Paltar da bu gün bizdə idi, sabah başqasında. Paltarı toyda foto çəkdirənlər nə günə qoydular. Gecə ilə apardıq təmizlətdirdik".