Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sumqayıt''ın futbolçusu: Meydanda ən yaxşısını etməyə çalışacağıq

''Sumqayıt''ın futbolçusu: Meydanda ən yaxşısını etməyə çalışacağıq

Tarix: 24 Iyul 2024 21:31

Meydanda ən yaxşısını etməyə çalışacağıq.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində Macarıstan klubu "Fehervar"la qarşılaşacaq "Sumqayıt"ın futbolçusu Elvin Bədəlov deyib.

29 yaşlı müdafiəçi oyun öncəsi mətbuat konfransında fikirlərini bildirib:

"Öz oyunumuzu fikirləşirik. Azarkeşlərimizi stadionda gözləyirik. Gücümüzə güc qatacaqlar"

Qeyd edək ki, "Sumqayıt" - "Fehervar" görüşü iyulun 25-də saat 20:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Bu komandalar arasında cavab qarşılaşması isə iyulun 31-də Macarıstanda baş tutacaq.

Milli.Az


Etiketlər:  Sumqayıtın futbolçusu Meydanda yaxşısını etməyə çalışacağıq


RƏYLƏR