Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2024 07:44
Aİ-nin səkkiz ölkəsinin maliyyə nazirləri Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinin və Ukraynaya göstərilən dəstəyin gücləndirilməsinin vacibliyini bəyan ediblər.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə "The Guardian" qəzetində Danimarka, Latviya, Litva, Niderland, Polşa, Finlandiya, İsveç və Estoniya nazirlərinin birgə məqaləsi dərc olunub.
"Bütün ölkələrimiz Ukraynaya həm maliyyə, həm də hərbi dəstək göstərməkdə mühüm töhfələr verib və bunu davam etdirəcəklər", - sənəddə deyilir.
Bəyanat müəlliflərinin fikrincə, Qərb "sanksiya təzyiqini saxlamalı, eyni zamanda Ukraynaya yardım göstərməyə davam etməli və onun həcmini artırmalıdır".