Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2024 13:00
Rusiya Müdafiə Nazirliyinin Hərbi Tikinti Şirkətinin rəisi Andrey Belkov Moskvada saxlanılıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Bildirilir ki, o, dövlət müdafiə sifarişlərini yerinə yetirərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir.
Məlumata görə, 2019-cu ildə xüsusi təyinatlılar üçün Baş Hərbi Tikinti İdarəsinə rəhbərlik edən Belkov Müdafiə Nazirliyinin diaqnostika və müalicə mərkəzinə 76 milyon rubl əvəzinə 121 milyon rubla tomoqrafının alınmasını təşkil edib. O, qazancın bir hissəsini "Partner Plus" MMC-nin təsisçisi, avadanlığın tədarükü üçün müqavilə bağlanmış dostu Yelena Lyaxoviçə köçürüb.
Bununla bağlı cinayət işi hələ 2023-cü ilin iyulunda açılıb və həmin ilin oktyabrında Lyaxoviç və onun baş mühasibi Viktor Bilko saxlanılıb. Belkov əvvəllər bu işdə şübhəli şəxs qismində dindirilib. İstintaqın yaxın vaxtlarda məhkəmədən onun həbsini tələb edəcəyi gözlənilir.
Nəşr qeyd edir ki, Andrey Belkova qarşı başqa iddialar da irəli sürülə bilər. Çünki onun işinə aprel ayında xüsusilə külli miqdarda rüşvət almaq ittihamı ilə həbs edilən keçmiş müdafiə nazirinin müavini Timur İvanov nəzarət edirdi.