Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bayden yarışdan çıxmağının əsl səbəbini açıqladı

Bayden yarışdan çıxmağının əsl səbəbini açıqladı

Tarix: 25 Iyul 2024 13:08

İnanıram ki, prezident kimi nailiyyətlərim, dünyadakı liderliyim, Amerikanın gələcəyinə baxışım ikinci müddətə layiqdir, lakin heç bir şey, heç nə, o cümlədən şəxsi ambisiya demokratiyamızın qorunmasına mane ola bilməz, ona görə də qərara gəldim ki, ən yaxşı yol estafeti yeni nəslə ötürməkdir, bu, xalqımızı birləşdirməyin ən yaxşı yoludur.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.

O, Amerika xalqına müraciətində bildirib ki, demokratiyanı qorumaq üçün yenidən seçilmək qərarından imtina edib.

Dövlət başçısı vurğulayıb ki, qalan 6 ayda diqqətini öz prezidentlik vəzifələrinə yönəldəcək, Ukraynaya yardım edən ölkələrin koalisiyasını və NATO-nu gücləndirməyə davam edəcək.

Bayden Qəzza zolağında hərbi əməliyyatların dayandırılması və bütün girovların azad edilməsinə nail olmaq niyyətini də ifadə edib. Prezidentin sözlərinə görə, o, 21-ci əsrdə ilk ABŞ prezidentidir ki, onun prezidentliyi dövründə ölkə dünyanın heç bir yerində müharibəyə cəlb olunmayıb.

Milli.Az


Etiketlər:  Bayden yarışdan çıxmağının əsl səbəbini açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ