Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan yay çağırışını uzatdı - Nə baş verir?

Ermənistan yay çağırışını uzatdı - Nə baş verir?

Tarix: 25 Iyul 2024 14:34

Ermənistan ordusuna 2024-cü ilin yay çağırışı daha 15 gün uzadılacaq və avqustun 15-dək davam edəcək.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Ermənistan hökumətinin bu gün keçirilən iclasında qərar qəbul edilib.

Qeyd edilib ki, çağırış 24 iyunda başlayıb və 31 iyulda bitməliydi, ancaq daha 15 gün artırılıb. Səbəb kimi bəzi çağırışçıların hələ də tibbi müayinədən keçməməsi göstərilir.

Çağırışçıların indiyə qədər tibbi müayinədən niyə tam keçmədikləri məsələsinə isə aydınlıq gətirilməyib. Ehtimal olunur ki, bu, çağırışçıların hərbidən yayınması və ölkədən müxtəlif yollarla qaçması ilə bağlıdır. Yəni nəzərdə tutulan kvotanı doldurmaq mümkün olmayıb.

Xatırladaq ki. ötən gün hərbidən qaçıb Qazaxıstana sığınan Ermənistan vətəndaşı İrəvana təhvil verilmişdi.


Etiketlər:  Ermənistan çağırışını uzatdı baş verir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ