Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağlasığmaz OLAY: mübahisə etdiyi imamı oxla vurdu - VİDEO

Ağlasığmaz OLAY: mübahisə etdiyi imamı oxla vurdu - VİDEO

Tarix: 25 Iyul 2024 17:38

Türkiyədə məscid imamı oxla vurulub.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, hadisə İstanbulun Bağcılar rayonundakı Necattin məscidində baş verib.

Məsciddə imamla mübahisə edən bir şəxs əvvəlcə oradan uzaqlaşıb, qısa müddət sonra isə əlində oxla geri qayıdıb. O, imamı oxla vurub.

Çiynindən yaralanan imama müdaxilə etməyə çalışan vətəndaşlar sağlamlıq qruplarına və polisə xəbər verib.

Yaralı imam Bağcılar Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Onun vəziyyətinin yaxşı olduğu bildirilib.

Şübhəli şəxs isə polis tərəfindən saxlanılıb.

Milli.Az


Etiketlər:  Ağlasığmaz OLAY mübahisə etdiyi imamı oxla vurdu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ