Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alkoqollu içkilərlə bağlı məşhur mif dağıdıldı

Alkoqollu içkilərlə bağlı məşhur mif dağıdıldı

Tarix: 26 Iyul 2024 07:54

Az miqdarda alkoqol qəbulunun faydalı olduğu ilə bağlı mif dağıdılıb.

Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, Viktoriya Universitetinin alimləri orta dərəcədə spirt istehlakının ömrü uzatmadığını və sağlamlığı yaxşılaşdırmadığını müəyyən ediblər.

Tədqiqatın nəticələri "Journal of Studies on Alcohol and Drugs" jurnalında dərc edilib.
Kanadalı elm adamları istehlak edilən spirt miqdarı ilə ömür uzunluğu arasındakı əlaqəni araşdıran, əvvəllər dərc edilmiş 107 tədqiqatı təhlil ediblər.

Tədqiqatın aparıcı müəllifi Tim Stokvell izah edir ki, orta dərəcədə içki içməyin faydalı olduğunu iddia edən tədqiqatlar əsasən yaşlı insanlara fokuslanıb və könüllülərin ümumi həyat tərzini nəzərə almayıb.

Alimin sözlərinə görə, bir çox insan səhhətində mövcud problemlər səbəbindən içkidən imtina edib. Üstəlik, tədqiqatlarda belə iştirakçılar içki içməyənlər kateqoriyasına düşüb. Onlar alkoqolun fiziki vəziyyətinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərmədiyi subyektlərlə müqayisə ediliblər.

"Əslində spirt bütün insanlarda xərçəng və ürək xəstəlikləri riskini artırır", - deyə alim vurğulayıb.

O, bu səbəbdən heç bir nüfuzlu səhiyyə təşkilatının tamamilə "təhlükəsiz" və ya tövsiyə olunan spirt istehlakı miqdarı müəyyən etmədiyini diqqətə çatdırıb.


Etiketlər:  Alkoqollu içkilərlə bağlı məşhur dağıdıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ