Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2024 13:35
Xalq artisti Flora Kərimovanın 83 yaşı tamam olub.
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, dostları Xalq artistini doğum günündə yalnız buraxmayıblar.
Müğənni Rövşən Civişov Xalq artistini bağında ziyarət edib, doğum günü münasibətilə sənətkarı təbrik edib.
Qeyd edək ki, Flora Kərimova 1941-ci ildə Bakı şəhərində anadan olub. 1964-cü ildә Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu, 1971-ci ildә Azərbaycan Dövlət Tibb İnstitutunu, 1977-ci ildә Azərbaycan Dövlət Konservatoriyasını bitirib.
14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitutunun "Çinar" ansamblında, 1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında çıxış edib.
Flora Kərimova 1983-cü ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir.
Klassik Avropa operası (nümunə üçün "Qayınana" filmində "Dilbər"in ariyası), Milli Opera janrının, xalq və bəstəkar mahnılarının və klassik art-estrada (sovet estradası) janrlarının mahir ifaçısıdır.
Sözügedən görüntüləri təqdim edirik: