Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2024 23:00
Müğənni Sevda Yahyayeva üçüncü övlad istəmədiyini açıqlayıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu barədə ifaçı sosial media hesabında canlı yayım zamanı ona ünvanlanan sulları cavablandırarkən deyib. Sevda həyat yoldaşı ilə bu mövzuda həmfikir olmadıqlarını söyləyib:
"Yox, üçüncü uşaq istəmirəm. Çünki həyat yoldaşım onun çətinliyindən xəbərsizdir. Elə iki dənə bəsidir. Deyir, üçüncü uşaq olmasa, boşayacağam səni. İkisinə güclə baxırıq, üçüncünü də istəyir. Səhər gedir, axşam gəlir, xəbəri yoxdur evdə baş verənlərdən. Allah bütün balaları saxlasın. Bütün arzusunda olanlara nəsib eləsin, gözəl hislərdir. Qoy, uşaqlar dünyada xoşbəxt, sağlam, analı-atalı böyüsünlər, gözəl bəxtləri olsun, yaxşı insanlarla rastlaşsınlar. Amma mənə ikisi bəsdir".
Qeyd edək ki, Sevda həkim Zakir Bayramovla ailəlidir. Cütlüyün 2 qız övladı var.