Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2024 23:32
Rusiyanın Çelyabinsk vilayətindəki Kialimskoye su anbarında bənd dağılıb.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional bölməsi məlumat yayıb.
Məlumata görə, bəndin dağılması ilə əlaqədar Kiolim, Muxametovo, Baydaşevo və Karaseov kəndlərinin sakinlərinə təxliyəyə hazır olmaq, zəruri əşyalar və sənədləri toplamaq tövsiyə olunub. Qarabaş şəhər məhəlləsində su təchizatında məhdudiyyətlər ola bilər.
Bildirilir ki, hazırda Rusiya Fövqəladə Hallar Nazirliyi və kommunal xidmətlər hadisə yerinə cəlb olunub.