Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bentekedən növbəti dubl, ''Şamaxı''dan qələbə

Bentekedən növbəti dubl, ''Şamaxı''dan qələbə

Tarix: 27 Iyul 2024 00:34

"Şamaxı" yay təlim-məşq toplanışında növbəti yoxlama oyununu keçirib. 

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, Ayxan Abbasovun komandası Küveytin "Əl-Yarmuk" klubu ilə qarşılaşıb.və 2:0 hesabı ilə qalib gəlib.

"Şamaxı"nın heyətində yeni transfer Conatan Benteke dubl edib. Məşhur belçikalı futbolçu Kristian Bentekenin qardaşı olan Conatan "Cəbrayıl"la oyunda da (4:0) dubl etmişdi.

Qeyd edək ki, "Şamaxı" bundan əvvəlki yoxlama oyunlarında "Kəpəz"ə 2:1, "Pelikan"a 5:0, "Cəbrayıl"a isə 4:0 hesabı ilə qalib gəlib.


Etiketlər:  Bentekedən növbəti dubl Şamaxıdan qələbə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ