Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaşlandıqca sağlamlığımız niyə pisləşir? - Alimlərdən YENİ CAVAB

Yaşlandıqca sağlamlığımız niyə pisləşir? - Alimlərdən YENİ CAVAB

Tarix: 27 Iyul 2024 00:48

T-hüceyrə istehsalının azalması yaşlı insanların sağlamlığını zəiflədir.

Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, bunu Jinan Universitetinin və Con Hopkins Universitetinin alimləri müəyyən ediblər.

Onların fikrincə, yaşlı insanların infeksiyalara qarşı həssaslığının əsasında immun T hüceyrələrinin fəaliyyətinin pisləşməsi dayanır.
Araşdırmanın nəticələri "Aging Research" jurnalında dərc olunub.

Tədqiqat insanın immun funksiyasının təmin edilməsində T hüceyrələrinin (T limfositlərin) rolu haqqında əvvəllər dərc edilmiş araşdırmaların elmi icmalıdır.

Elm adamları yaşlandıqca T hüceyrələrinin yetişməsi üçün lazım olan timusun və ya timus bezinin dəyişikliklərə məruz qaldığını bildirirlər.

Bu, yaşlılarda antigenlərə qarşı immun reaksiyanın azalmasına və infeksiyalara, eləcə də xərçəngə qarşı həssaslığın artmasına səbəb olur.

Bundan əlavə, timusun "qocalması" immunoloji yaddaşa (immunitet sisteminin bədənin əvvəllər qarşılaşdığı bir antigeni tez və məqsədyönlü şəkildə tanımaq qabiliyyəti) mənfi təsir göstərir.

Tədqiqatçılar deyirlər ki, yaşlı insanların vəziyyətini yaxşılaşdıran yeni üsulların inkişafı üçün timusun immun hüceyrələrinin yetişməsi və differensasiyası mexanizmlərini başa düşmək çox vacibdir.

Alimlər T-hüceyrələrinin bərpasını təşviq edən dərmanların hazırlanmasının nəinki yaşa bağlı xəstəliklərdən qoruya biləcəyini, həm də ömrün uzunluğunu artıra biləcəyini irəli sürüblər.


Etiketlər:  Yaşlandıqca sağlamlığımız niyə pisləşir Alimlərdən YENİ CAVAB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ