Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2024 18:16
ABŞ Müdafiə Nazirliyi Filippində Çinin koronavirus əleyhinə "Sinovac" peyvəndinin diskreditasiyası ilə məşğul olduğunu etiraf edib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" hələlik ictimaiyyətə açıqlanmayan hökumət sənədinə istinadən məlumat yayıb.
Pentaqonun, eləcə də Filippinin Xarici İşlər və Müdafiə Nazirliklərinin məlumatlarına əsaslanan sənəddə deyilir:
"Doğrudur, ABŞ Müdafiə Departamenti Filippin xalqına "Sinovac"ın təhlükəsizliyini və effektivliyini şübhə altına alan mesajlar yayıb".
Mətndə, həmçinin Pentaqonun COVID-19 haqqında məlumat yaymaqda bəzi səhvlərə yol verdiyini etiraf etdiyi qeyd olunub. Sənədə əsasən, ABŞ tərəfi sonradan belə nəticəyə gəlib ki, peyvəndlərin diskreditasiyası kampaniyası ABŞ-nin prioritetlərinə uyğun gəlmir.
Qeyd olunur ki, ABŞ hərbiçiləri Filippin tərəfini 2021-ci ilin avqustunda COVID-19-un mənşəyi və COVID-19-a qarşı peyvəndlər ilə bağlı məlumatların yayılmasını dayandırdığı barədə məlumatlandırıb.