Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sabah'' -''Makkabi'' matçına 3 min bilet satıldı

''Sabah'' -''Makkabi'' matçına 3 min bilet satıldı

Tarix: 29 Iyul 2024 19:46

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində baş tutacaq "Sabah" -"Makkabi" (İsrail, Hayfa) matçına 3000 bilet satılıb.

Bu barədə Sonxeber.net-a Bakı klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.

O, biletlərin sabahdan etibarən "Bank Respublika Arena"nın kassalarında da satışa çıxarılacağını, həmçinin oyundan öncə azarkeşlər üçün fan zonanın təşkil edilməsinin nəzərdə tutlduğunu bildirib.

Qeyd edək ki, "Sabah" və "Makkabi" arasında cavab matçı avqustun 1-də Masazırda, "Bank Respublika Arena"da keçiriləcək. Görüşün start fiti saat 20:00-da səsləndiriləcək. Macarıstanda baş tutan ilk oyunda Bakı klubu 3:0 hesablı qələbə qazanıb.


Etiketlər:  Sabah Makkabi matçına bilet satıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ