Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Üçqat olimpiya çempionu Parisdəki Olimpiya kəndindəki şəraitdən narazıdır

Üçqat olimpiya çempionu Parisdəki Olimpiya kəndindəki şəraitdən narazıdır

Tarix: 29 Iyul 2024 21:04

Üzgüçülük üzrə üçqat olimpiya çempionu olan avstraliyalı Ariarne Titmus Parisdəki Olimpiya kəndindəki şəraitdən narazıdır.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb.

Titmus hesab edir ki, Olimpiya kəndindəki şəraitə görə ən yaxşı nəticəsini göstərə bilməyib.

İyulun 27-də idmançı 400 metr məsafəyə sərbəst üzgüçülükdə olimpiya qızıl medalını qazanıb.

Titmus həlledici yarışda məsafəni 3 dəqiqə 57,49 saniyəyə qət edib.

"Bu, bacara biləcəyim vaxt deyildi. Amma Olimpiya kəndində yaşamaq çıxışıma birbaşa mənfi təsir edir. Bu şərtlər yüksək nəticələr üçün nəzərdə tutulmayıb", - idmançı bildirib.

Xatırladaq ki, avstraliyalı üzgüçü 400 metr məsafəyə sərbəst üsulla üzmədə dünya rekordunun sahibidir. O, 2023-cü ilin iyulunda Yaponiyanın Fukuoka şəhərində keçirilən Dünya Su İdmanı Çempionatında final üzgüçülüyündə 400 metr məsafəni 3 dəqiqə 55,38 saniyəyə qət etmişdi.

Milli.Az


Etiketlər:  Üçqat olimpiya çempionu Parisdəki Olimpiya kəndindəki şəraitdən narazıdır


RƏYLƏR