Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2019 12:36
Bakı. Elçin Mehdiyev - Trend:
Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının bu gün keçirilən təcili iclasında parlamentdəki çoxluq Milli Məclisin buraxılması ilə bağlı qərar qəbul edib.
Trend-in məlumatına görə, bu qərarı YAP öz səlahiyyətlərindən istifadə edərək qəbul edib.
Sabah Milli Məclisin iclasında hakim partiyanı təmsil edən çoxluq bu barədə məsələ qaldıracaq.
Qeyd edək ki, Azərbaycanda son parlament seçkiləri 1 noyabr 2015-ci ildə keçirilib.
Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan ibarət olub, bütün deputatlar majoritar seçki sistemi ilə seçilirlər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin