Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beyninizin yaxşı işləməsi üçün bu meyvədən yeyin

Beyninizin yaxşı işləməsi üçün bu meyvədən yeyin

Tarix: 30 Iyul 2024 11:33

Düzgün qidalanma yuxunu normallaşdıra, həmçinin qan lipidlərinin səviyyəsini aşağı sala və beyin funksiyasını yaxşılaşdıra bilər.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, məşhur həkim Damani bunun üçün gündəlik menyuya avakado əlavə etməyi məsləhət görüb.

Həkimin sözlərinə görə, bu meyvə qan damarlarının və ürəyin sağlamlığı üçün zəruri olan yağ turşuları və kaliumla zəngindir. Avokado yemək ürək xəstəliyi ehtimalını azaldır, yuxunu normallaşdırır, keyfiyyətini yaxşılaşdırır, həmçinin qanda lipidlərin səviyyəsini azaldır.

Ekspertin sözlərinə görə, avokadonun tərkibində olan sağlam yağların 60%-i doymamış yağlardır. Onlar qan təzyiqini aşağı salmağa və ürək xəstəliklərindən qorumağa kömək edir. Avokado həmçinin həzmi yaxşılaşdıra, iştahı tənzimləyə, bədəndən toksinləri çıxara, sümükləri gücləndirə, beyin funksiyasını yaxşılaşdıra və depressiyanın inkişaf ehtimalını azalda bilir.


Etiketlər:  Beyninizin yaxşı işləməsi üçün meyvədən yeyin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ