Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda 650 min ağac əkiləcəyi GÜN açıqlandı

Azərbaycanda 650 min ağac əkiləcəyi GÜN açıqlandı

Tarix: 28 Noyabr 2019 12:52

Bakı. İlhamə İsabalayeva - Trend:

Nəsimi ili ilə əlaqədar Azərbaycanda 650 min ağacın əkilməsi kampaniyası dekabrın 5-də gerçəkləşəcək.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

O deyib: "Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində ölkəmizin bütün regionlarında eyni anda ağac əkilməsinə start veriləcək. “Təbiətə öz töhfəni ver” devizi altında keçiriləcək kampaniya çərçivəsində ölkəmizdə bu vaxta qədər baş verməmiş hadisə reallaşacaq, bir gündə 650 min ağac əkiləcək”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanda ağac əkiləcəyi GÜN açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ