Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Maksim Qalkin Rusiya Ali Məhkəməsinə şikayət etdi

Maksim Qalkin Rusiya Ali Məhkəməsinə şikayət etdi

Tarix: 31 Iyul 2024 00:50

Komediya aktyoru və parodiyaçı Maksim Qalkin Rusiya Ali Məhkəməsinə onun xarici agent statusunu ləğv etməkdən imtinası ilə bağlı şikayət verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə TASS-a məhkəmədən məlumat verilib.

"Məhkəməyə Maksim Aleksandroviç Qalkinin birinci, apellyasiya və kassasiya instansiyası məhkəməsinin xarici agent statusunun götürülməsi tələbi ilə Ədliyyə Nazirliyinə qarşı iddiasının rədd edilməsi barədə qərarından şikayət daxil olub", - deyə agentlikdən bildirilib. Şikayətlə bağlı dinləmənin vaxtı hələ müəyyən edilməyib.

Qeyd edək ki, Qalkin 2022-ci ilin sentyabrında xarici agentlərin reyestrinə daxil edilib. Ədliyyə Nazirliyinin mövqeyinə görə, o, xarici təsir altındadır.

Milli.Az


Etiketlər:  Maksim Qalkin Rusiya Məhkəməsinə şikayət etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ