Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2024 14:46
HƏMAS İsmayıl Haniyənin ölümü ilə bağlı yazılı açıqlama verib və onun qisasının alınacağını deyib.
Sonxeber.net bildirir ki, bu barədə Oxu.Az "Haber Global"a istinadən bildirir.
"Haniyə Tehranda sionistlərin hücumu nəticəsində öldürüldü. HƏMAS liderinin öldürülməsi qorxaq hərəkətdir və cəzasız qalmayacaq", - deyə HƏMAS açıqlamasında qeyd edib.
"Haniyəyə qarşı sui-qəsd böyük bir eskalasiyadır, lakin onlar məqsədlərinə çatmayacaqlar. Qüdsü xilas etmək üçün açıq müharibə aparırıq və istənilən əvəzi ödəməyə hazırıq", - deyə HƏMAS rəsmisi Sami Əbu Zuhri bildirib.