Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2024 17:33
Yayda isti hava ilə mübarizə aparmaq elə də asan deyil. Şiddətli istilər bədənə mənfi təsir edə bilir. Bu səbəbdən istidən bezən hər kəs sərinləməyin alternativ yollarını axtarır. Bunun üçün bəziləri dondurma yeməyə üstünlük verir. Lakin dondurmanının sərinləndirici təsiri olması ilə bağlı yayılan məlumatlar yanlışdır.
Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, bu barədə "The Sun" nəşrində yer alan araşdırmada bildirilib.
Qeyd edilib ki, dondurma yemək bədəni sərinlətmir.Bu barədə alimlər insanlara xəbərdarlıq edib. Belə ki, dondurma süd, yağ, şəkərdən hazırlandığına görə onu yeyəndə bəfən çox enerji sərf edir.
Nəticədə bədən sərinləmək əvəzinə isinməyə başlayır.
Mütəxəssislər yayda sərinləməyin başqa alternativ yollarını təklif edirlər:
Xiyar və pomidor yeyin
Xiyar və pomidorun 95%-i sudur, bu səbəblə su qəbulunu bu tərəvəzlərlə təmin etmək olar.
Uşaqları nahar saatlarında çölə çıxarmayın
Alimlər hesab edirlər ki, havanın temperaturu 32 dərəcəyə çatdıqda bu uşaqlara mənfi təsir edir və bu temperaturda çöldə vaxt keçirilməməlidir. Belə temperaturda onların evdə qalmaları daha yaxşıdır. Bu səbəblə saat 10.00-17.00 arası bayıra çıxmamağa diqqət edin.
Kölgə olan yerlərdə papaq qoymayın
Papaq sizi günəşdən qoruya bilər, amam unutmayın ki o həm də istiliyi qoruyur, buna görə də kölgədə olarkən papaq taxmayıb.
Həmişə pəncərələri açmağa tələsməyin
Pəncərələri yalnız çöldə hava sərin olanda açın və mümkünsə, küləyin içəri keçməsi üçün onları evin əks tərəflərindəki pəncərləri də açın.
Acılı qidalara üstünlük verin
Ədviyyatlı yeməklər yeməklər isti havada faydalıdır. Məsələn, acı bibərin tərkibindəki kapsaisin daha rahat tərləmənizi təmin edərək bədən istiliyini buraxır.
Məşq rejimini dəyişdirin
Hava isti olanda kondisionerli idman zalı seçmək və ya üzgüçülük etmək daha yaxşıdır, yəni ya səhər tezdən ya da axşam tərəfi idamn etməyiniz məsləhətdir.
Günəşdən qoruyucu kremlərdən istifadə edin
Mütəxəssislər dərini günəş şüalarının zərərli təsirlərindən qorumaq üçün günəşdən qoruyucu kremlərdən istifadə etməyi məsləhət görürlər, çölə çıxmazdan 20 dəqiqə əvvəl günəşdən qoruyucu krem çəkin.
Gün ərzində hər 2 saatdan bir günəş kreminizi yeniləyin.