Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sabah'' - ''Makkabi'' oyununa 6500 bilet satıldı

''Sabah'' - ''Makkabi'' oyununa 6500 bilet satıldı

Tarix: 31 Iyul 2024 23:20

"Sabah" və İsrailin "Makkabi" (Hayfa) komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.

Sonxeber.net xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

Sözügedən qarşılaşmaya 6500 bilet satılıb.

Biletləri "iticket.az" saytından, həmçinin "Bank Respublika Arena" stadionunun kassalarından, "iticket"in "28 Mall" və "Gənclik Mall"dakı satış məntəqələrindən əldə etmək mümkündür.

Qeyd edək ki, "Sabah" və "Makkabi" arasında cavab matçı avqustun 1-də Masazırda, "Bank Respublika Arena"da keçiriləcək. Görüşün start fiti saat 20:00-da səsləndiriləcək. Macarıstanda baş tutan ilk oyunda Azərbaycan klubu 3:0 hesablı qələbə qazanıb.


Etiketlər:  Sabah Makkabi oyununa 6500 bilet satıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ