Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2024 00:12
İtaliyanın paytaxtı Romada güclü yanğın baş verib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, yanğın nəticəsində sakinlər küçələrə axışıb, dörd bina və "Rai" televiziyasının inzibati binası boşaldılıb.
"Rai1" kanalında yayıma fasilə verilib. Piazzale Klodio ərazisində əsas yollar bağlanıb. Park edilmiş bəzi avtomobillər qismən yanıb.
Əraziyə on yanğınsöndürmə briqadası, mülki müdafiə qüvvələrinin könüllüləri və üç helipokter cəlb olunub.
Yüksək temperatur və külək alovun geniş əraziyə yayılmasına səbəb olub.
Roma meri Roberto Qualtieri bildirib ki, yanğın Monte Mario təpəsinin yamaclarındakı alovdan qaynaqlanıb.