Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2024 06:20
İsrailin təcavüzkar siyasəti böyük regional müharibəni yaxınlaşdırır və diplomatik həll səylərini baltalayır.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Livanın xarici işlər naziri vəzifəsini icra edən Abdullah Bou Həbib "Lebanon 24" portalına açıqlamasında deyib.
Qeyd edək ki, 30 iyul tarixində İsrail HHQ-nin Beyruta zərbələri zamanı Hizbullah komandirləri, ötən gün isə Tehrana zərbə zamanı HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə öldürülmüşdü.