Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Somalidə partlayış: Onlarla ölən və yaralanan var - VİDEO

Somalidə partlayış: Onlarla ölən və yaralanan var - VİDEO

Tarix: 3 Avqust 2024 14:54

Somali paytaxtında terrorçunun özünü partlatması nəticəsində onlarla insan həlak olub.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Garowe" məlumat yayıb.

Bildirilir ki, terror aktı turistlər arasında məşhur olan hoteldə həyata keçirilib.

"Moqadişunun Lido çimərliyindəki məşhur "Beach View" hotelində baş verən güclü partlayış nəticəsində azı 20 nəfər həlak olub", - deyə nəşrdə bildirilir.

Yaralıların sayı açıqlanmayıb.

Terrora görə məsuliyyəti "Əş-Şəbab" qruplaşması öz üzərinə götürüb.

Məlumata görə, hazırda da hadisə yerindən atəş səsləri eşidilir. Zərərçəkənlərin sayının artacağı istisna edilmir. Son məlumatlara görə, yaralılar arasında vəziyyəti ağır olanlar var.


Etiketlər:  Somalidə partlayış Onlarla ölən yaralanan VİDEO


RƏYLƏR