Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Hədəflərimiz maksimumdur'' - Kurban Berdıyev

''Hədəflərimiz maksimumdur'' - Kurban Berdıyev

Tarix: 3 Avqust 2024 22:52

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 1-ci turunda səfərdə "Neftçi" ilə qolsuz heç-heçə edib.

Sonxeber.net xəbər verir ki, qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyunun çətin olacağını ehtimal edirdik. "Neftçi" çox yaxşı komandadır. Bu oyun bizim çatışmayan cəhətlərimizi göstərdi. Hansı istiqamətlərdə çalışmalı olduğumuzu bildik. Amma ümumi olaraq futbolçularımın performansından razı qaldım. Oyunboyu epizodlarda maksimum oynadılar.

- Çatışmazlıqları dediniz. Hansı məqamların üzərində işləməlisiniz?

- Hücum fazasında məqamları qeyd edərdim. Uşaqlar necə oynamaq lazım olduğunu bilirlər. Yəqin ki, zamanla bunun öhdəsindən gələcəklər. Çox da böyük çatışmazlıq deyil.

- Deyəsən, nəticədən narazısınız. Amma "Neftçi" ilə səfərdə heç-heçə etmək pis nəticə deyil...

- Hər şeyi yaxşı anlayıram. "Neftçi" yaxşı komandadır. Amma biz daha çoxuna ümid edirdik. Maksimum hazırlaşmışdıq. Əgər hücumda oyunçular bacardığı və bildiyi kimi düzgün oynasaydı, hər şey başqa cür olardı.

- Son 10 dəqiqədə yorğunluq aşkar hiss olunurdu. Bunu nə ilə izah edərdiniz?

- Bu, təbii haldır. "Neftçi"nin oyunçuları yoruldu, bizimkilər də. Yorğunluğun olması təbiidir.

- Qarşılaşmadan əvvəl "Neftçi"ni təhlil edərkən hansı detalları nəzərə almışdınız?

- Hər komandanın çatışmazlıqları var. Bizim də, həmçinin. Bəzi anlar yaxşı alınırdı, əsasən də Ayxanın epizodlarında. Bəzi epizodlarda alınmadı. "Neftçi" haqda bilirik, amma buna şərh vermirik. Bağışlayın, sadəcə belədir.

- Stadiondakı atmosfer necə idi? Ot örtüyü rolunu oynadı?

- Atmosfer yaxşı idi. Azarkeşlərimizə təşəkkür edirik ki, bizə dəstək olmaq üçün gəlmişdilər. Qazon hər iki komanda üçün eyni idi.

- Böyük titullar qazandığınızı bilirik. Kurban Berdıyevin "Turan Tovuz"dakı hədəfi nədən ibarət olacaq?

- Hədəflərimiz maksimumdur. Heyətimizdən asılı olmayaraq, hədəflərimiz maksimumdur


Etiketlər:  Hədəflərimiz maksimumdur Kurban Berdıyev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ