Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Olimpiadadan sonra ilk reytinq: Heydərov və Kotsoyev fərqi artırdı

Olimpiadadan sonra ilk reytinq: Heydərov və Kotsoyev fərqi artırdı

Tarix: 5 Avqust 2024 14:54

Paris-2024 Yay Olimpiya Oyunlarının cüdo yarışları başa çatdıqdan sonra ilk reytinq siyahısı açıqlanıb.

Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, Beynəlxalq Cüdo Federasiyası (İJF) Olimpiadanın nəticələrinin nəzərə alındığı dünya reytinqini dərc edib.

Azərbaycan millisinin aparıcı cüdoçuları liderlik mövqelərini möhkəmləndiriblər. Yay Oyunlarına qədər birinci yerdə olan Olimpiya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) rəqibləri ilə fərqi daha da artırıblar.

Parisdən öncə 17-ci olan Uşanqi Kokauri (+100 kq) dörd pillə irəliləyərək 13-cü yerdədir. Balabəy Ağayev (60 kq) yeddinci yerdə qalıb, Yaşar Nəcəfov (66 kq) 10 pillə geriləyərək 21-ci, iki addım geri düşən Zelim Tskayev (81 kq) isə səkkizincidir. Elcan Hacıyev (90 kq) isə iki pillə yüksələrək, Murad Fətiyevi bir addım qabaqlayaraq ilk "15-liy"ə düşüb.

Qadınların yarışında Leyla Əliyeva (48 kq) mövqeyini yaxşılaşdıraraq 22-ci pillədən 20-ci yerə yüksəlib. Gültac Məmmədəliyeva isə (52 kq) 4 pillə geriləməklə 27-ci yeri tutur.


Etiketlər:  Olimpiadadan sonra reytinq Heydərov Kotsoyev fərqi artırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ