Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''ın oyununa bilet tükənir

''Qarabağ''ın oyununa bilet tükənir

Tarix: 6 Avqust 2024 13:20

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Ludoqorets" (Bolqarıstan) oyununa bilet satışı davam edir.

Milli.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq matça 25 min 500 bilet satılıb.

Bildirilib ki, qapılar azarkeşlər üçün matçın start fitindən 2 saat əvvəl açılacaq. Azarkeşlərin daha tez gəlib tribunalarda öz yerlərini tutmağı xahiş olunub.

Avqustun 6-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.

Milli.Az


Etiketlər:  Qarabağın oyununa bilet tükənir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ