Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qurban Qurbanov: Məğlubiyyət hər şeyin bitdiyi anlama gəlmir

Qurban Qurbanov: Məğlubiyyət hər şeyin bitdiyi anlama gəlmir

Tarix: 6 Avqust 2024 23:06

Məğlubiyyət hər şeyin bitdiyi anlama gəlmir.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Bolqarıstan təmsilçisi "Ludoqorets"ə (Bolqarıstan )qarşı keçirdikləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis 1:2 hesabı ilə məğlub olduqları qarşılaşmanı dəyərləndirib:

"Məğlub olmuşuq. O demək deyil ki hər şey bitib. Səfərdə daha səliqəli oynamaq lazımdır. "Ludoqorets"in keyfiyyətli oyunçuları var. Öz komandamı da zəif saymıram. İndi rəqibi daha yaxından tanıdıq".

Qeyd edək ki, "Ludoqorets" və "Qarabağ" arasındakı cavab görüşü avqustun 13-də "Ludoqorets Arena"da gerçəkləşəcək.


Etiketlər:  Qurban Qurbanov Məğlubiyyət hər şeyin bitdiyi anlama gəlmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ