Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''ın baş məşqçisi: ''Ludoqorets''in ən üstün cəhəti standart vəziyyətlərdir

''Qarabağ''ın baş məşqçisi: ''Ludoqorets''in ən üstün cəhəti standart vəziyyətlərdir

Tarix: 6 Avqust 2024 23:18

"Ludoqorets"in ən üstün cəhəti standart vəziyyətlərdir.

Milli.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Bolqarıstan təmsilçisi "Ludoqorets"ə (Bolqarıstan) qarşı keçirdikləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis 1:2 hesabı ilə məğlub olduqları görüşdə rəqib komandanın üstün cəhətlərindən danışıb:

"Ludoqorets"in ən üstün cəhəti standart vəziyyətlərdir. Bundan maksimum istifadə etdilər. Düzdür, buna da hazırlaşmışdıq. Qapıçı məsələsi ilə bağlı danışıqlar gedir. Hələ istəyimizə çatmamışıq. Buntiçin oyuna qoşulmaları yaxşı idi. Səfərdə daha yaxşı oynamağa çalışacağıq".

Qeyd edək ki, "Ludoqorets" və "Qarabağ" arasındakı cavab görüşü avqustun 13-də "Ludoqorets Arena"da gerçəkləşəcək.

Milli.Az


Etiketlər:  Qarabağın baş məşqçisi Ludoqoretsin üstün cəhəti standart vəziyyətlərdir


RƏYLƏR