Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''1 ayda 4 kiloqram arıqlamışam'' - FOTO

''1 ayda 4 kiloqram arıqlamışam'' - FOTO

Tarix: 7 Avqust 2024 07:10

Aparıcı Vüsalə Əlizadə bir ay ərzində 4 kiloqram çəki atdığını açıqlayıb.

Sonxeber.net bildirir ki, axşam.az-ın məlumatına görə, aparıcı arıqlamaq və formada qalma sirrini izləyiciləri ilə bölüşüb.

"Son bir ayda 58 kiloqramdan 54-ə düşdüm. Pəhriz demək olmaz, sadəcə doğru seçimlər və qadağalar deyək. Çox xanım yazır ki, paylaşın, bölüşün, bizə dəstək olun. Baş üstə. Amma belə şərt kəsək, sabahdan başlayacağam, bu gün yeyim, sabah olmasın. Öncəliyimiz güclü və iradəli olmaqdır. Çörək, un məhsulları, şirniyyat, "fast-food" qidalara, qazlı içkilərə, dondurmaya yox deyirik.

Bəli, nəticəni görəndən sonra özümüzə hədiyyələr edə bilərik. Məsələn mən günlər sonra dünən bir peraşki yedim. Bu günə - saat 09:00-da 1 stəkan ilıq limonlu su ilə başlamışam. 12:00-da yaşıl alma. Saat 4-də gavalı qurusu ilə çay (yaşıl çay olsa, daha yaxşı olar) içmişəm deyə, Vüsalə bildirib.  


Etiketlər:  ayda kiloqram arıqlamışam FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ