Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransanın şərqində məhkəmə binası yaxınlığında atışma

Fransanın şərqində məhkəmə binası yaxınlığında atışma

Tarix: 7 Avqust 2024 07:24

Fransanın şərqindəki Myuluz kommunasında məhkəmə binası qarşısında bir qrup şəxsin iştirakı ilə həyata keçirilən atışma zamanı bir nəfər ölüb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.

Qeyd olunur ki, hadisə yerli vaxtla saat 15:50-də (Bakı vaxtı ilə 17:50) Robert Şuman prospektində baş verib.

Nəşrin məlumatına görə, iki nəfər motosikletlə küçə ilə hərəkət edərkən məhkəmənin yaxınlığında dayanmış avtomobildən onlara yaxın məsafədən atəş açılıb. Motosikletçilərdən birinin yerindəcə öldüyü, ikincisinin ağır yaralanaraq xəstəxanaya yerləşdirildiyi, hücum edənlərin qaçdığı bildirilir.

Hazırda hadisə yerində məhkəmə polisinin müstəntiqləri işləyir. "Actu17" portalının məlumatına görə, əsas versiya kimi kriminal elementlər arasında hesablaşma nəzərdən keçirilir.

Milli.Az


Etiketlər:  Fransanın şərqində məhkəmə binası yaxınlığında atışma


RƏYLƏR