Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çin 65 milyon dollar ayırdı

Çin 65 milyon dollar ayırdı

Tarix: 7 Avqust 2024 08:18

Çin hökuməti daşqından zərər çəkmiş bölgələrə dəstək vermək üçün mərkəzi büdcədən 465 milyon yuan (indiki məzənnə ilə təxminən 65 ABŞ milyon dollarI) ayırıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Maliyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, vəsait Lyaonin, Szilin və Heylunszyan (ölkənin şimal-şərqi), həmçinin Şensi (şimal-qərb), Hunan (Mərkəzi Çin), Sıçuan əyalətlərində təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına yönəldiləcək.

Vəsait hesabına zərər çəkmiş ərzilərin abadlaşdırılmasını təmin etmək, normal istehsal fəaliyyətini və həyat tərzini bərpa etmək nəzərdə tutulur.

Məlumata görə, ayrılan vəsaitlərin səmərəli istifadəsinə nəzarəti səlahiyyətli orqanlar həyata keçirəcək. Onların saxlanması, mənimsənilməsi və xərclənilməsi ilə bağlı bütün qeyri-qanuni hərəkətlərin qarşısı qətiyyətlə alınacaq.

Milli.Az


Etiketlər:  Çin milyon dollar ayırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ