Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2024 01:22
İran Qüds və Təl-Əvivdə İsrail hökumət binalarına, o cümlədən Baş nazir Benyamin Netanyahunun ofisi və Knesset (parlament) binasına hücum etməyi planlaşdırır.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, potensial hədəflərin siyahısını İslam Respublikası Silahlı Qüvvələrinin "Defapress" portalı dərc edib.
Qeyd olunub ki, Tehran geniş spektrli strateji və həssas hədəflərə hücum edə bilər.
Siyahıya təkcə hərbi obyektlər deyil, bir çox mülki obyektlər də daxildir.
Bundan əlavə, İsrail Müdafiə Nazirliyinə, Aralıq dənizindəki neft və qaz yataqlarına, elektrik stansiyalarına, ölkənin hərbi hava qüvvələri bazasına, üç hava limanına və üç dəniz limanına hücumlar gözlənilir.
Bildirilir ki, hücum yaxın gələcəkdə mütləq baş verəcək.